Xəzər Xəbər

52 mindən çox namizəd müəllim olmaq istəyir

Gündəm | 18:22 • 3 İyul 2019
52 mindən çox namizəd müəllim olmaq istəyir

Müəllimlərin işə qəbulu üzrə elektron qeydiyyat bu gün başa çatır.

Təhsil Nazirliyindən XəzərXəbər-ə verilən məlumata görə, iyunun 24-dən start verilən müəllimlərin işə qəbulu üzrə müsabiqədə iştirak üçün 52 mindən çox namizəd elektron qeydiyyatdan keçib, onlardan 50 mindən çox namizəd isə elektron ərizəsini təsdiqləyib.

Müsabiqəyə elektron sənəd qəbulu iyulun 3-ü saat 23:59-da başa çatacaq.

Elektron ərizəsi yoxlanılaraq qəbul edilmiş namizədlər test imtahanı mərhələsində iştirak hüququ qazanacaq.

Xəbər lenti