Xəzər Xəbər

Bu rayonların suyu kəsiləcək

Gündəm | 15:09 • 2 İyul 2019
Bu rayonların suyu kəsiləcək

Ölkə ərazisində yağıntılı hava şəraiti səbəbindən Kür çayında bulanıqlığın həddən çox artması ilə əlaqədar Kür Sutəmizləyici Qurğularının fəaliyyətində müvəqqəti fasilə yaranıb. Bununla əlaqədar Hacıqabul və Şirvan şəhərlərinə, Bakının Qaradağ rayonuna içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

Bu barədə XəzərXəbər-ə "Azərsu” ASC-dən bildirilib.

Yaranmış narahatlıqla əlaqədar "Azərsu” ASC abonentlərdən üzr istəyir.

Xəbər lenti