Xəzər Xəbər

Şəki Xan Sarayı və Hirkan meşələri Dünya İrs Siyahısına daxil edilə bilər - Nazir

Gündəm | 15:15 • 1 İyul 2019
Şəki Xan Sarayı və Hirkan meşələri Dünya İrs Siyahısına daxil edilə bilər - Nazir

Bakıda keçirilən sessiyada UNESKO-nun Dünya İrs Siyahısına daxil edilməsi üçün təklif olunacaq nominasiyalar sırasında Şəki Xan Sarayı və Şəkinin qədim hissəsi də var.

XəzərXəbər xəbər verir ki, bunu keçirilən mətbuat konfransında mədəniyyət naziri Əbülfəs Qarayev bildirib.

O qeyd edib ki, bununla bağlı müxtəlif fikirlər var: "Müəyyən şərtər irəli sürülüb. O şərtlərin yerinə yetirilməsi müzakirə olunur. Ümidvarıq ki, bu məsələ müzakirə olunacaq. Ya qərar veriləcək ki, siyahıya daxil olunsun, ya da tövsiyələr veriləcək. Əvvəldə danışmaq kifayət qədər məsuliyətsizlik olar".

Nazir qeyd edib ki, Hirkan meşələrinin də İranla birgə nominasiyaya daxil edilməsi məsələsinə baxılması gözlənilir.

Dünya İrs Mərkəzinin direktoru Mextild Rossler isə Hirkan meşələri ilə bağlı İran tərəfindən çox maraqlı və gözəl təklif daxil olduğunu bildiirb. O qeyd edib ki, ilkin nəticələrə görə, Hirkan meşələri nominasiyaya daxil olmağa şanslıdır: "Nominasiyada tövsiyə olunur ki, vahid coğrafi məkan, vahid ekosistem olduğu üçün Azərbaycan da buna qoşula bilər”.

Xəbər lenti