Xəzər Xəbər

ETSN: Ölkə ərazisində qeyri-sabit hava şəraiti davam edir

Gündəm | 10:18 • 30 İyun 2019
ETSN: Ölkə ərazisində qeyri-sabit hava şəraiti davam edir

Ölkə ərazisində qeyri-sabit hava şəraiti davam edir.

XəzərXəbər Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinə istinadən xəbər verir ki, 30 iyun saat 01:00-a olan məlumatına görə ölkə ərazisində qeyri-sabit hava şəraiti müşahidə olunur.

Düşən yağışın miqdarı Daşkəsəndə 16 mm, Şəmkirdə 10 mm, Gədəbəydə 6 mm, Tovuzda 5 mm, Quba, Zaqatala, Göygöldə 4 mm, Gəncədə, Şəkidə 3 mm, Kişçayda, Balakəndə 2 mm, Naxçıvan, Şahbuz, Naftalan, Ağdam, Ağstafa, Bərdə, Xınalıq və Şahdağda 0,4-1mm təşkil edir.


Xəbər lenti