Xəzər Xəbər

Bakı İcra Hakimiyyətinin binası təmir olunacaq

Gündəm | 16:56 • 29 İyun 2019
Bakı İcra Hakimiyyətinin binası təmir olunacaq

Bakı Şəhər İcra Hakimiyyətinin inzibati binası təmir olunacaq.

XəzərXəbər-in məlumatına görə, tender binanın əsaslı təmir-bərpa işlərinin layihə-smeta sənədlərinin hazırlanmasının satın alınması məqsədiləelan edilib.

Təmir-bərpa işlərini həyata keçirəcək şirkət qarşısında tarixi binanın xarici və daxili görünüşünə xələl gətirilməməsi əsas tələb kimi qoyulub.

Xatırladaq ki, bina Bakı Şəhər Dumasının sifarişi ilə 1900-1904-cüillərdə polyak memarİosif Qoslavskinin layihəsi əsasında barokko üslubunda tikilib. Bu, memarın son əsəri olub.

BinaNazirlər Kabinetinin 2 avqust 2001-ci il tarixli, 132 nömrəli qərarı ilə ölkə əhəmiyyətli memarlıq abidəsi kimi qeydiyyata alınıb.

Xəbər lenti