Xəzər Xəbər

“Müsbət dəyişiklik yarana bilər” – ATƏT sədrindən Qarabağ açıqlaması

Gündəm | 15:28 • 29 İyun 2019
“Müsbət dəyişiklik yarana bilər” – ATƏT sədrindən Qarabağ açıqlaması

Slovakiyanın xarici işlər naziri, ATƏT sədri Miroslav Layçak Azərbaycan və Ermənistan arasındakı əsirlərin dəyişdirilməsi barədə açıqlama verib.

ATƏT-in dönəm sədri tərəflərin bu addımından məmnun qaldığını bildirib.

Layçak bu məsələni ATƏT-in Minsk qrupunun həmsədrləri (Rusiya, Fransa və ABŞ) ilə müzakirə etdiyini bildirib.

Müzakirədə ATƏT sədrinin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Anjey Kaspişik də qatılıb.

Layçaka görə, münaqişə tərəflərinin bu addımı Dağlıq Qarabağ münaqişəsinin həll prosesinə müsbət dəyişiklik yarada bilər.

O, münaqişənin həllində Minsk prosesinə, həmsədrlərin gərginliyi azaltma cəhdlərinə, müzakirələrin davamiyyətinə, münaqişə tərəfləri arasında sülh mühiti yaratma cəhdlərinə dəstək verdiyini vurğulayıb.

Qeyd edək ki, dünən Ermənistanda əsir saxlanılan Azərbaycan vətəndaşı Elvin İbrahimov Azərbaycanda əsirlikdə olan Ermənistan vətəndaşı Zaven Karapetyanla dəyişdirilib.

Xəbər lenti