Xəzər Xəbər

Respublikanın elektrik enerjisi təchizatında heç bir problem yoxdur - RƏSMİ

Gündəm | 14:35 • 29 İyun 2019
Respublikanın elektrik enerjisi təchizatında heç bir problem yoxdur - RƏSMİ

"Bu gün "Azərbaycan” İstilik Elektrik Stansiyasının (İES) transformatorunda nasazlıq yaranıb və dərhal aradan qaldırılıb”.

XəzərXəbər xəbər verir ki, bunu "Report”a "Azərenerji” ASC-nin media mərkəzinin rəhbəri Teymur Abdullayev deyib.

T.Abdullayevin sözlərinə görə, respublikanın elektrik enerjisi təchizatında heç bir problem yaranmayıb.

Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, stansiyada xırda texniki hadisə olub: "Heç bir ciddi müdaxiləyə ehtiyac olmayıb. Hadisənin qarşısı dərhal alınıb və problem aradan qaldırılıb”.

Xatırladaq ki, 2018-ci ilin iyulun 2-dən 3-nə keçən gecə "Azərbaycan” İES-in transformatorunda baş verən qəza nəticəsində ölkənin elektrik enerjisi sistemi çökmüşdü. Amma bu dəfə əks-qəza avtomatikasının işə düşməsi nəticəsində heç bir qəza baş verməyib.

Qeyd edək kii, bu gün bir sıra kütləvi informasiya vasitələrində Mingəçevirdə yerləşən "Azərbaycan” İstilik Elektrik Stansiyasında yanğın baş verməsi ilə bağlı məlumatlar yayılıb.

Xəbər lenti