Xəzər Xəbər

Əli Nağıyevin əvvəlki vəzifəsinə TƏYİNAT

Gündəm | 12:31 • 29 İyun 2019
Əli Nağıyevin əvvəlki vəzifəsinə

Baş prokuroryanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəis müavini vəzifəsinə təyinat olub.

XəzərXəbər-in məlumatına görə, bununla bağlı müvafiq əmri Baş prokuror Zakir Qaralov imzalayıb.

Əmrə əsasən, bu vəzifəyə Fuad Rəsulov təyinat alıb.

F.Rəsulov bundan əvvəl İdarənin Əməliyyat təminatı şöbəsinin rəisi işləyib.

Qeyd edək ki, uzun illər Baş prokuroryanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəis müavini vəzifəsində Əli Nağıyev çalışıb.

Prezident İlham Əliyevin 20 iyun tarixli sərəncamı ilə Ə.Nağıyev Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi təyin olunub.

Xəbər lenti