Xəzər Xəbər

Miroslav Layçak Minsk qrupunun həmsədrləri ilə görüşdü

Gündəm | 10:31 • 29 İyun 2019
Miroslav Layçak Minsk qrupunun həmsədrləri ilə görüşdü

ATƏT-in fəaliyyətdə olan sədri, Slovakiyanın xarici işlər və Avropa məsələləri naziri Miroslav Layçak Minsk qrupunun həmçinin Fransadan olan həmsədr Stefan Viskonti və fəaliyyətdə olan sədri şəxsi nümayəndəsi Anjey Kasprşikin adından çıxış edənhəmsədrləri İqor Popov (Rusiya) və Endoyu Şofer (ABŞ) ilə görüşüb.

XəzərXəbər xəbər verir ki, sədr Layçak həmsədrlərin sonuncu məsləhətləşmələrinin, o cümlədən Ermənistan və Azərbaycan xarici işlər nazirləri arasında həmsədrlərin vasitəçiliyi ilə aprelin 15-də Moskvada və iyunun 20-də isə Vaşinqtonda baş tutan görüşlərinin nəticələri barədə məlumatlandırılıb.

Həmsədrlər slovakiyalı sədrə humanitar məsələlər üzrə irəliləyişlər, o cümlədən günün əvvəlində Ermənistan və Azərbaycan arasında girovların mübadiləsi barədə məlumat veriblər.

Xəbər lenti