Xəzər Xəbər

Hansı müharibə əlillərinə ev veriləcək?

Gündəm | 14:44 • 26 İyun 2019
Hansı müharibə əlillərinə ev veriləcək?

"İlin sonuna kimi Qarabağ müharibəsi əlillərinə daha 740 mənzil veriləcək. Bununla da cari il ərzində sözügedən kateqoriyadan olan şəxslərə verilən mənzillərin sayı 800-ə çatacaq".


Bunu jurnalistlərə açıqlamasında Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Anar Kərimov deyib.

Onun sözlərinə görə, ötən il bu rəqəm 626 olub.


Qeyd edək ki, bu gün Abşeron rayonunun Saray qəsəbəsində yeni inşa edilmiş yaşayış binalarından Qarabağ müharibəsi əlillərinə 60 mənzil verilib. Mənzil verilənlər 2014-cü ilə qədər növbədə olan şəxslərdir. 


Mənzillərdən 11 ədədi 1 otaq, 37 ədədi 2 otaq və 12 ədədi isə 3 otaq verilib. / Moderator.az/

Xəbər lenti