Xəzər Xəbər

Bu şəxslərin də maaşı artırıldı QƏRAR

Gündəm | 10:31 • 20 İyun 2019
Bu şəxslərin də maaşı artırıldı

"Azərbaycan Respublikasının vergi orqanları işçilərinin aylıq vəzifə maaşları haqqında” Nazirlər Kabinetinin 2014-cü il 4 fevral tarixli 32 nömrəli qərarında dəyişiklik edilib.

XəzərXəbər xəbər verir ki, bu barədəBaş nazir Novruz Məmmədov qərar imzalayıb.

Qərara əsasən, vergi orqanlarının xidməti heyətinin vəzifə maaşları 171 manatdan 180 manata qaldırılıb.

Bu qərar 2019-cu il martın 1-dən tətbiq edilir.

Qeyd edək ki, xidməti heyətə yardımçı fəhlə, gözətçi, bağban, ocaqçı və digərləri daxildir.

Xəbər lenti