Xəzər Xəbər

İordaniya Kralı Azərbaycan Prezidentini təbrik edib

Gündəm | 16:10 • 30 May 2019
İordaniya Kralı Azərbaycan Prezidentini təbrik edib

İordaniyanın Kralı II Abdullah ibn Al Hüseyn Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.


Xezerxeber.az-ın xəbərinə görə, təbrikdə deyilir: "Zati-aliləri.


Azərbaycanın milli bayramı - Respublika Günü münasibətilə İordaniya Haşimilər Krallığının xalqı və hökuməti adından, şəxsən öz adımdan Sizə təbriklərimi və ən xoş arzularımı çatdırıram.


Bu fürsətdən istifadə edərək, Zati-aliləri, Sizə möhkəm cansağlığı və xoşbəxtlik, qardaş Azərbaycan xalqına isə davamlı tərəqqi və rifah diləyirəm".

Xəbər lenti

Çox oxunanlar