Xəzər Xəbər

SOCAR Rusiya zavodunun alınması ilə bağlı danışıqlar aparır

Gündəm | 12:26 • 30 May 2019
SOCAR Rusiya zavodunun alınması ilə bağlı danışıqlar aparır

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Rusiyadakı "Antipinsk” neft emalı zavodunun alınması ilə bağlı danışıqlar aparılır.

XəzərXəbər xəbər verir ki, bunu jurnalistlərə SOCAR-ın prezidenti Rövnəq Abdullayev bildirib.

O bildirib ki, SOCAR-ın "Antipinsk” zavoduna marağı var.

"Danışıqlar aparılır, ancaq hələlik konkret nəticə əldə olunmayıb. Rusiya bazarı çox böyükdür və bizə maraqlıdır. Ümumilikdə isə SOCAR dünyanın hər yerində danışıqlar aparır”, - R.Abdullayev əlavə edib.

Xəbər lenti