Xəzər Xəbər

Britaniyalı səfir Azərbaycandan danışdı: "Bakı və fantastik stadion..."

Gündəm | 12:01 • 27 May 2019
Britaniyalı səfir Azərbaycandan danışdı:

"Azərbaycan beynəlxalq tədbirlərin keçirilməsində kifayət qədər təcrübəyə malikdir".

XəzərXəbər xəbər verir ki, bunu Böyük Britaniyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Kerol Krofts deyib.

Mətbuat konfransında çıxış edən səfir Azərbaycanın təhlükəsizlik məsələlərində diqqətcil və məsuliyyətli olduğunu vurğulayıb.

Korfts həmçinin qeyd edib ki, Bakı Avropa Liqasının final matçının keçirilməsinə ciddi hazırlaşıb: "Azarkeşlər artıq Azərbaycan, Bakı və fantastik stadionla tanış olublar".

Xəbər lenti