Xəzər Xəbər

Diri baba türbəsi bərpa olunacaq: nazir əraziyə baş çəkdi

Gündəm | 11:42 • 27 May 2019
Diri baba türbəsi bərpa olunacaq:

Mayın 24-də mədəniyyət naziri Əbülfəs Qarayev, Qobustan Rayon İcra Hakimiyyətinin başçısı Adil Məmmədov və Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Zakir Sultanov Qobustan rayonu ərazisində yerləşən Diri Baba türbəsində olublar.

Burada türbənin hazırki vəziyyəti haqqında məlumat verilib. Bildirilib ki, türbə həm yerli sakinlərin, həm də turistlərin mütəmadi ziyarət etdiyi məkanlardan biridir. Diri Baba türbəsində ötən ilin fevral ayında naməlum şəxslər tərəfindən yanğın törədilib. Abidənin şəbəkə formasında olan pəncərələrinin bir hissəsi dağıdılıb, türbəyə ciddi ziyan vurulub. Əbülfəs Qarayev Diri Baba türbəsinin tezliklə bərpa olunmasının vacibliyini qeyd edib. Türbənin abidə mühafizəçiləri tərəfindən daim nəzarət olunması və digər məsələlər barədə tapşırıq və tövsiyələrini verib.

Qeyd edək ki, hazırda abidənin bərpa olunması layihəsi "Azərbərpa” Elmi-Tədqiqat Layihə İnstitutu tərəfindən hazırlanır. Türbə bərpa olunduqdan sonra ərazidə ziyarətçilərin rahatlığını təmin etmək üçün infrastruktur yaradılacaq. Abidənin yerləşdiyi ərazi abadlşadırılacaq.

Xəbər lenti