Xəzər Xəbər

Egey dənizində Türkiyə ərazisini qanunsuz yollarla tərk etmək istəyən 29 nəfər saxlanılıb

Gündəm | 13:15 • 24 May 2019
Egey dənizində Türkiyə ərazisini qanunsuz yollarla tərk etmək istəyən 29 nəfər saxlanılıb

Egey dənizinin Türkiyəyə aid hissəsində ölkə ərazisini qanunsuz yollarla tərk etmək istəyən 29 nəfər saxlanılıb.


Xezerxeber.az xəbər verir ki, Çanaqqalla şəhərinin Ayvacık rayonunda sahilə yaxın məsafədə saxlanılan şəxslərin Yunanıstanın Midilli adasına getmək istədikləri bildirilir.


Onlar həkim müayinəsindən keçirildikdən sonra aidiyyəti qurumlara təhvil veriliblər.

Xəbər lenti