Xəzər Xəbər

Müdafiə Nazirliyinin nümayəndə heyəti “BOO-2019” növbəti konfransında iştirak edib

Gündəm | 11:23 • 21 May 2019
Müdafiə Nazirliyinin nümayəndə heyəti “BOO-2019” növbəti konfransında iştirak edib

Müdafiə Nazirliyi Döyüş Hazırlığı və Hərbi Təhsil Baş İdarəsinin idarə rəisi, general-mayor Ənvər Əfəndiyevin rəhbərlik etdiyi nümayəndə heyəti Moskva şəhərində keçirilən "Beynəlxalq ordu oyunları - 2019” yarışlarının növbəti beynəlxalq konfransında iştirak edib.

Müdafiə Nazirliyindən xezerxeber.az-a verilən məlumata görə, tədbir zamanı yarışların şərtləri və qaydaları, hazırlıq işləri müzakirə olunub, eləcə də müsabiqənin təşkil olunacağı ərazilərə baxış keçirilib.

Hərbçilərin beynəlxalq yarışlarında Azərbaycan Ordusunun nümayəndələrinin "Dəniz kuboku”, "Tank biatlonu”, "Artilleriya atəşi ustaları”, "Snayper həddi”, "Hərbi-tibbi estafet” və "Səhra mətbəxi” müsabiqələrində iştirakı planlaşdırılır.

"Beynəlxalq ordu oyunları - 2019” yarışlarının cari il avqustun 3-dən 17-dək keçirilməsi nəzərdə tutulur.

Xəbər lenti