XəzərXəbər xəbər verir ki, Azərbaycan Energetika Nazirliyinin yaydığı məlumatda bu barədə qeyd edilir.
Nazirlik əhaliyə tozsoran seçərkən diqqətli olmağa çağırıb: "2017-ci ildən Avropada motor gücü 900 vattdan yuxarı olan tozsoranların satışına icazə verilmir və daha az enerji istifadə edən tozsoranlara üstünlük verilir. Enerjiyə qənaət üçün tozsoran seçimində enerji etiketinə mütləq diqqət edin”.