Xəzər Xəbər

Ali Məhkəmədə baxılan mülki, iqtisadi və hərbi işlərin sayı azalıb, inzibati və cinayət işlərinin sayı artıb

Gündəm | 17:03 • 15 May 2019
Ali Məhkəmədə baxılan mülki, iqtisadi və hərbi işlərin sayı azalıb, inzibati və cinayət işlərinin sayı artıb

Ali Məhkəmənin Mülki kollegiyasında 2018-ci ilin birinci rübündə 2069 mülki işə baxılıbsa, cari ilin birinci rübündə bu rəqəm 1837 təşkil edib.


Bunu ONA-ya müsahibəsində Ali Məhkəmənin sədri Ramiz Rzayev deyib.


R. Rzayev bildirib ki, bu, 232 (11.2%) mülki iş azalma deməkdir: "İnzibati-İqtisadi kollegiyada iqtisadi mübahisələrlə bağlı 2018-ci ilin birinci rübündə baxılmış işlərin sayı 150 iş, 2019-cu ilin həmin dövrü üçün isə 33 (22%) iş azalaraq 117 iş təşkil edib. Bu kollegiyada 2018-ci ilin birinci rübündə 526 inzibati işə baxılıb, 2019-cu ildə müvafiq dövr üçün bu rəqəm 185 (35,2%) iş artmaqla 711 iş təşkil edib. Cinayət kollegiyasında 2018-ci ilin birinci rübündə 415 işə baxıldığı halda, 2019-cu ilin birinci rübündə bu rəqəm 124 (29,9%) iş artaraq 539 olub. Hərbi kollegiyada 2018-ci ilin müvafiq dövründə 38 işə baxılıb, 2019-cu ilin birinci rübündə isə bu, 13 (34,2%) iş azalaraq 25 iş təşkil edib”.


R. Rzayev qeyd edib ki, Ali Məhkəmənin Mülki kollegiyasında 2018-ci ilin birinci rübündə 276 məhkəmə aktı, 2019-cu ilin birinci rübündə isə 96 (34,8%) məhkəmə aktı artmaqla 372 məhkəmə aktı ləğv olunub: "İnzibati- İqtisadi kollegiyada iqtisadi mübahisələrlə bağlı 2018-ci ilin birinci rübündə 40 məhkəmə aktı, 2019-cu ilin birinci rübündə isə 15 (37.%) məhkəmə aktı azalaraq 25 məhkəmə aktı ləğv edilib. İnzibati işlər üzrə 2018-ci ilin birinci rübündə 170 məhkəmə aktı, 2019-cu ilin birinci rübündə isə 44 (25,9%) məhkəmə aktı artmaqla 214 məhkəmə aktı ləğv olunub. Cinayət kollegiyasında 2018-ci ilin birinci rübündə 50 məhkəmə aktı ləğv olunub, 2019-cu ilin birinci rübündə isə 7 (14%) məhkəmə aktı azalmaqla 43 məhkəmə aktı ləğv edilib”.

Xəbər lenti