Xəzər Xəbər

Komitə sədri valideynlərə müraciət etdi: Məsuliyyətli olun

Gündəm | 13:39 • 15 May 2019
Komitə sədri valideynlərə müraciət etdi:

Azərbaycanda ailə mədəniyyəti, ağbirçək və ağsaqqal institutu gücləndirilməlidir.

Bunu "Beynəlxalq Ailə günü”nə həsr edilmiş "Ailə dəyərlərinin möhkəmləndirilməsi cəmiyyətin mənəvi sağlamlığının əsasıdır” adlı konfransda çıxış edən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova deyib.

H.Hüseynova, eyni zamanda valideynləri məsuliyyətli olmağa da çağırıb: "Gənclər öz vaxtlarını daha çox sosial şəbəkələrdə keçirirlər. Valideynlər uşaqları ilə eyni masa arxasında oturub söhbətlər aparmalıdırlar. Biz belə ailədə böyümüşük və ailələri də belə görmək istəyirik"./trend

Xəbər lenti