Xəzər Xəbər

Əli Əhmədov: "Siyasətimizin əsas məqsədi Azərbaycan vətəndaşının maraqlarıdır"

Gündəm | 11:29 • 14 May 2019
Əli Əhmədov:

"Beynəxalq təşkilatların hesabatlarında Azərbaycan dünyanın ən silahatçı ölkələrdən biri kimi qeyd edilir. Bu islahatlar arasında əsas yeri sosial təminat sahəsindəki islahatlar durur”.

XəzərXəbər xəbər verir ki, bu sözləri Baş nazirin müavini Əli Əhmədov Avropa Regional Sosial Təminat Forumunda çıxışı zamanı deyib. Baş nazirin müavini Azərbaycanda sosial təminatla bağlı islahatları vacib edən məqamlara da toxunub: "Bu islahatları vacib edən məqamlardan birincisi ərazilərimizin 20 faizə qədərinin işğal edilməsi, 1 milyondan çox insanın məcburi köçkün həyatı yaşamasıdır. Azərbaycan əhalisinin 10 faiz-ni təşkil edən bu təbəqənin bütün təlabatlarının ödənilməsi Azərbaycan hökümətinin üzərinə düşən məsələdir. Hesab edirəm ki, bu sahədə üzərimizə düşən vəzifələri layiqincə yerinə yetirmişik. Təbii ki, görülən bu işlər əlavə xərclər tələb edir, bu istiqamətdə də Azərbaycanda bütün imkanlarından istifadə edir. Bu islahatları vacib edən ikinci vacib məqam müharibə nəticəsində çoxsaylı vətəndaşlarımızın əlil olması ilə bağlıdır. Onların mənzil, yaşayış şəraitinin yaxşılaşdırılması, müavinətlərin verilməsi də sosial təminat sahəsində qarşımızda duran vacib məqamlardandır. Bundan başqa ölkə əhalinin sayı artır. Azərbaycanda çoxuşaqlı ailələrin sayı kifayət qədərdir. Bu ailələrin sosial müdafiəsinin təşkili mühüm əhəmiyyət kəsb edir. Bütün bunlar hökümət sosial təminat siyasətinin əsas parametrlərini təşkil edir”.

Ə.Əhmədov onu da vurğulayıb ki, artıq sosial təminat sahəsində müasir çağırışlara cavab verən yeni iş metodları istiqamətində axtarışlar da ön plana keçir: "Bu gün ölkəmizin sosial təəminat sistemi istiqamətində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi çox ciddi islahatlar həyata keçirir. Azərbaycan beynəlxalq aləmdə sosial təminat sahəsində dünyada tətbiq edilən bütün yeniliklərdən istifadə edir. Bununla yanaşı Azərbaycanda tətbiq edilən innovativ metodlar dünya ölkələrinin diqqətini çəkir. Siyasətimizin əsas məqsədi Azərbaycan vətəndaşının maraqlarının ən yüksək səviyyədə gerçəkləşməsidir. Bunun üçün də ən innovativ yeniliklər tətbiq ediləcək”.

Xəbər lenti