Xəzər Xəbər

Brüsseldə Keşikçidağ müzakirəsi

Gündəm | 11:14 • 14 May 2019
Brüsseldə Keşikçidağ müzakirəsi

Keşikçidağ məsələsiylə bağlı Brüsseldə Azərbaycan Xarici İşlər naziri Elmar Məmmədyarovla müzakirə aparmışam.

Bunu jurnalistlərə açıqlamasında Gürcüstan Xarici İşlər naziri David Zalkaliani deyib. O, bu məsələ ilə bağlı Azərbaycanla daimi kontaktda olduqlarını deyib.

Zalkaliani tərəflərin demarkasiya üzrə komissiyanın bu həftə görüş keçirəcəyi ilə bağlı razılıq əldə etdiyini bildirib:

"Mən bütün siyasi spektri, qeyri-hökumət təşkilatlarını, ictimaiyyəti emosional bəyanatlardan yayınmağa və komissiyaya sakit şəraitdə işləməyə imkan yaratmağa çağırıram. Bu, çox həssas məsələdir və burada biz emosiyalarımızı kənara qoymalıyıq”./axar.az

Xəbər lenti