Xəzər Xəbər

Dünyanın tanınmış hüquqşünasları Bakıda toplaşacaq

Gündəm | 13:36 • 13 May 2019
Dünyanın tanınmış hüquqşünasları Bakıda toplaşacaq

Sabah saat 10.00-da Bakı şəhəri, Holiday İnn Hotelində Qara dəniz və Xəzər Regionu Ölkələri Hüquqşünasları Assosiasiyasının təşkilatçılığı ilə "Məhkəmə - hüquq islahatları: Ədalət mühakiməsinin həyata keçirilməsində informasiya texnologiyalarının rolu” mövzusunda beynəlxalq konfrans keçiriləcək.

Bu barədə Qara dəniz və Xəzər dənizi Regionu Ölkələrinin Hüquqşünasları Assosiasiyasının prezidenti, hüquq elmləri doktoru, professor İlham Rəhimovun ofisindən məlumat verilib.

Beynəlxalq konfransda Azərbaycanın dövlət qurumlarının təmsilçiləri, respublikamızın, eləcə də, MDB dövlətləri, Türkiyə və Avropanın nüfuzlu hüquqşünasları dəvət olunublar.

Xəbər lenti