Xəzər Xəbər

Səhiyyə nazirinin müavinləri bu xəstəxanalarda olacaq

Gündəm | 13:30 • 13 May 2019
Səhiyyə nazirinin müavinləri bu xəstəxanalarda olacaq

Səhiyyə Nazirliyinin səlahiyyətli nümayəndələri tibb müəssisələrində vətəndaşların qəbulunu davam etdirir.

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən XəzərXəbər-ə verilən məlumatda bildirilir ki, yerlərdə vətəndaşların şikayət, təklif və problemlərinin öyrənilməsi məqsədi ilə mayın 17-də səhiyyə nazirinin müavini Elsevər Ağayev Şamaxı Mərkəzi Rayon Xəstəxanasında Şamaxı və Qobustan sakinlərini, səhiyyə nazirinin müavini Rahim Əliyev həmin gün Göyçay Mərkəzi Rayon xəstəxanasında sakinləri qəbul edəcək.

Qəbula yazılmaq istəyən vətəndaşlardan Şamaxı və Göyçay MRX-da qeydiyyatdan keçmələri xahiş olunur.

Xəbər lenti