Xəzər Xəbər

Qadınların başına gələn hadisələr saytlarda şou kimi təqdim edilir Komitə sədri

Gündəm | 11:56 • 13 May 2019
Qadınların başına gələn hadisələr saytlarda şou kimi təqdim edilir

Qadınların başına gələn hadisələr hansısa saytlarda şou kimi təqdim edilir. Buna bir az hörmətlə yanaşılmalıdır.

Bunu Avropa Şurasının "Azərbaycanda gender bərabərliyi və media azadlığı” layihəsi çərçivəsində Bakıda keçirilən "Gender bərabərliyi və media" adlı konfransda çıxışı zamanı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova deyib.

Onun sözlərinə görə, bu kimi məsələlərdə qadınların və uşaqların hüquqları qorunmalıdır: "Bəzən məişət zorakılığına məruz qalan qadın və uşaqlar haqqında yayılan informasiyalar onların gələcək həyatı üçün də müəyyən problemlər yaradır. Nəzərə alınmalıdır ki, onların da yaşamaq hüququ var və bu hüquqa hörmətlə yanaşılmalıdır. Jurnalistlər bu kimi məsələlərə diqqət yetirməlidirlər". (trend)

Xəbər lenti