Xəzər Xəbər

Bu halda yol hərəkəti müvəqqəti məhdudlaşdırılacaq YENİLİK

Gündəm | 09:50 • 13 May 2019
Bu halda yol hərəkəti müvəqqəti məhdudlaşdırılacaq

Azərbaycanda yol hərəkətinin müvəqqəti məhdudlaşdırılması və qadağan edilməsi ilə bağlı yeni hal müəyyən edilir.

Bununla bağlı "Yol hərəkəti haqqında" qanuna yeni maddə əlavə edilir.

Belə ki, qanunun 12-ci maddəsinə (yol hərəkətinin müvəqqəti məhdudlaşdırılması və qadağan edilməsi) əlavə edilən yeni bəndə əsasən, nəqliyyat vasitələrinin hərəkəti tarix və mədəniyyət abidələrinin qorunması üçün təhlükə yaratdıqda yol hərəkəti müvəqqəti məhdudlaşdırıla və ya qadağan edilə bilər.

Qanuna dəyişiklik Milli Məclisin mayın 17-də keçiriləcək plenar iclasında müzakirə ediləcək. (trend)

Xəbər lenti