Xəzər Xəbər

Bu qəsəbədə yaşayan məcburi köçkünlərə ŞAD XƏBƏR - Bir aya...

Gündəm | 15:35 • 10 May 2019
Bu qəsəbədə yaşayan məcburi köçkünlərə

Yaxın bir ay və ya ay yarımdan sonra Pirallahı qəsəbəsində yaşayan bütün məcburi köçkünlər müasir mənzillərlə təmin ediləcək.

Bu sözləri Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri. Rövşən Rzayev jurnalistlərə açıqlamasında deyib.

"Qaçqımkom" sədri paytaxtın bir sıra rayonlarında yaşayan məcburi köçkünlərinin mənzil şəraiti ilə bağlı yaxın zamanda addımlar atılacağını bildirib:

"1.5 ildən sonra Bakının bir neçə rayonundakı bütün məcburi köçkünlər müasir şəraitli mənzillərə köçürüləcəklər. Ali rəhbərliyin bir sıra məsələlərlə bağlı tapşırıqları da var. Onların da həlli yaxın zamanda gözlənilir”.

R.Rzayev qəzalı binalarda yaşayan məcburi köçkünlərin problemlərinin həlli istiqamətində iş aparıldığını deyib:

"Məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması, problemlərinin həlli ilə bağlı ölkə Prezidenti İlham Əliyev tərəfindən böyük dəstək var. Eyni zamanda, bu məsələ Birinci Vitse-prezident Mehriban Əliyevanın gündəlik nəzarətindədir. Komitə verilən tapşırıqlara uyğun olaraq fəaliyyət göstərir", deyə sədr bildirib./publika.az

Xəbər lenti