Xəzər Xəbər

Arif Məlikovla vida mərasimi başa çatdı

Gündəm | 15:57 • 9 May 2019
Arif Məlikovla vida mərasimi başa çatdı

Arif Məlikovla vida mərasimi başa çatıb.

Xalq artistinin cənazəsi torpağa tapşırılması üçün I Fəxri xiyabana aparılıb.

***

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva görkəmli bəstəkar Arif Məlikovun vida mərasimində iştirak edir.

Mərasim hazırda davam edir

***

Dahi bəstəkar, Xalq artisti Arif Məlikovla Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında vida mərasimi başlayıb.

XəzərXəbər xəbər verir ki, mərasimdə Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) başçısı Eldar Əzizov, Mədəniyyət naziri Əbülfəs Qarayev, Təhsil nazirinin müavini Firudin Qurbanov, Azərbaycan Yazıçılar Birliyinin sədri Anar Rzayev, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru Fərhad Bədəybəyli və digər şəxslər iştirak edir.

Xəbər lenti