Xəzər Xəbər

Mustafa Akış: TRT AVAZ-ın Türk Şurasının platforması olması fikrini dəstəkləyirik

Gündəm | 09:18 • 8 May 2019
Mustafa Akış: TRT AVAZ-ın Türk Şurasının platforması olması fikrini dəstəkləyirik

Türkiyə dövləti olaraq TRT AVAZ-ın Türk Şurasının platforması olması fikrini dəstəkləyirik. Bu təklifin tam reallaşması istiqamətində səylər göstərməyə hazırıq.


AZƏRTAC xəbər verir ki, bu fikirləri jurnalistlərə açıqlamasında Türkiyə Prezidentinin baş müşaviri, TRT-nin İdarə Heyətinin üzvü Mustafa Akış bildirib. O qeyd edib ki, TRT AVAZ türkdilli dövlətlərdə daha çox baxılan və qəbul olunan kanaldır. Bu səbəbdən kanalın Türk Şurasının platforması olması fikri daha realdır.


M.Akış, həmçinin əlavə edib ki, 2009-cu ildə yaradılan TRT AVAZ türk xalqları arasında əməkdaşlığı gücləndirib. Bu kanal türk xalqlarına aid mədəniyyətin və tarixin dünya ictimaiyyətinə çatdırılmasında mühüm işlər görüb.

Xəbər lenti