Xəzər Xəbər

DSX rəisi “Qazax” sərhəd dəstəsinin xidməti-döyüş fəaliyyətini yoxlayıb

Gündəm | 14:06 • 1 May 2019
DSX rəisi “Qazax” sərhəd dəstəsinin xidməti-döyüş fəaliyyətini yoxlayıb

Mayın 1-də Dövlət Sərhəd Xidmətinin (DSX) rəisi general-polkovnik Elçin Quliyev xidmətin Sərhəd Qoşunlarının Ermənistanla dövlət sərhədinin mühafizə və müdafiəsini həyata keçirən "Qazax” sərhəd dəstəsinin hərbi hissə və bölmələrinin xidməti-döyüş fəaliyyətini yoxlayıb, sərhəd döyüş məntəqələrində şəxsi heyətlə görüşüb, xidməti və yaşayış şəraitlərinə baxış keçirib.


DSX-nin mətbuat mərkəzindən xezerxeber.az-a bildiriblər ki, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin tapşırıqlarının icra vəziyyəti, dövlət sərhədində zəruri müdafiə infrastrukturunun yaradılması məqsədilə görülən işlərlə tanışlıq olub.


Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının və "Qazax” sərhəd dəstəsinin rəhbər vəzifəli şəxslərinin iştirakı ilə keçirilmiş xidməti müşavirədə hərbi hissə və bölmələrin döyüş hazırlığının yüksəldilməsi istiqamətində zəruri tapşırıqlar verilib.

Xəbər lenti