Xəzər Xəbər

Bakıda beynəlxalq forum keçirilir

Gündəm | 13:44 • 1 May 2019
Bakıda beynəlxalq forum keçirilir
Bakı 5-ci Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumuna ev sahibliyi edir.

XəzərXəbər xəbər verir ki, əhəmiyyətli forumun ilk günü YUNESKO-nun təşkilatçılığı ilə dinlərarası dialoq və dini müxtəlifliyin idarəolunması mövzusuna həsr olunmuş görüş keçirildi.

Müxtəlif ölkələrdən olan nümayəndələr və beynəlxalq təşkilatların üzvləri Bakıda bir araya gəlib hazırda dünyada baş verən dini mübarizələr, savaşların həlli mövzusunda fikir mübadiləsi apardı. Avropa Birliyinin insan haqları üzrə mütəxəssisləri dini məbədlərin məhvi ilə bağlı təəssüflərini dilə gətirdilər. Həmçinin kilsələri, məscid və sinaqoqları, eləcə də digər dini binaları qorumaq məqsədilə dəfələrlə qanun qəbul edildiyini və bu missiya ilə məşğul olan müxtəlif təşkilatların yaradıldığını bildirdilər. Azsaylı xalqlarınn və Afrika ölkələrindən olan mühacirlərin üzləşdikləri problemlər müzakirə olundu. Avropada yaşayan müsəlman qadınların hicab geyinmək azadlıqlarının da toxunulmaz olduğu vurğulandı.

Xəbər lenti

Çox oxunanlar