Xəzər Xəbər

ŞAD XƏBƏR! Yeni qatarlar gətirilir Bu tarixdən...

Gündəm | 15:21 • 30 Aprel 2019
ŞAD XƏBƏR! Yeni qatarlar gətirilir

"İstismar müddətini başa vurmuş qatarlar yaya kimi yeniləriylə əvəz olunacaq”.

Bunu "Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov açıqlamasında bildirib.

Onun sözlərinə görə, bu istiqamət üzrə artıq işlər başlanılıb:

"Metroda qatarların yenilənməsi üçün onların istismar müddəti başa çatmalıdır. Hazırda istismarda olan və köhnə adlandırılan qatarlar 31 il müddətində istismar olunmalıdır. Yenilənmədə digər vacib şərt metro xətlərinin inkişafı ilə bağlıdır. Yeni metrostansiyalar inşa edildikcə, təzə qatarların alınması nəzərdə tutulur. Bu il ərzində 6 yeni qatar, yaxud 30 vaqon alınacaq. Bununla bağlı yanvarın 31-də müqavilə imzalanıb”.

Metropoliten rəsmisi hazırda sərnişinlərin sayında müşahidə olunan azalmaya da münasibət bildirib və bu azalmanın mövsümi xarakterli olduğunu qeyd edib:

"Gün ərzində 600 min nəfərdən artıq sərnişin metro vasitəsilə daşınır. Xüsusi günlərdə isə sərnişinlərin sayı 800 min nəfərə çatır. Sərnişin daşınması yay və qış dövrünə uyğun dəyişir. Qatarların hərəkət qrafiki məhz bu dəyişikliyə əsasən müəyyənləşdirilir”.

Metropoliten rəsmisi onu da qeyd edib ki, qatarlararası interval dəyişkənliyi sərnişin axınına əsasən müəyyənləşdirilir:

"Qatarlar arasında interval sərnişin sıxlığına uyğun dəyişir. Pik saatlarda interval 2 dəqiqə, digər saatlarda 2,5-3 dəqiqədir. Gecə saatlarında isə interval bir qədər çox olur”.

Redaktor.az

Xəbər lenti