Xəzər Xəbər

XİN sazişin vaxtı ilə bağlı açıqlama yaydı Azərbaycanla Aİ arasında saziş...

Gündəm | 16:50 • 23 Aprel 2019
XİN sazişin vaxtı ilə bağlı açıqlama yaydı

Azərbaycanla Avropa İttifaqı arasında Sazişin məhz bu il mayın 13-də imzalanması nəzərdə tutulmayıb.

XəzərXəbər xəbər verir ki, bunu Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Leyla Abdullayeva mətbuatda bu il mayın 13-də Avropa İttifaqı ilə Azərbaycan arasında Sazişin imzalanacağı ilə əlaqədar yayılan məlumata münasibət bildirərkən bildirib.

Leyla Abdullayeva deyib: "Azərbaycan ilə Avropa İttifaqı arasında Sazişin məhz bu il mayın 13-də imzalanması nəzərdə tutulmayıb. Çünki, ölkəmizlə Aİ arasında tərəfdaşlıq münasibətlərinin hüquqi əsasını təşkil edəcək Saziş üzrə danışıqlar hələ ki, davam etdirilir”.

Xəbər lenti