Xəzər Xəbər

Bu il imtahan verəcək ən gənc və ən yaşlı abituriyent Birinin 14, digərinin isə...

Gündəm | 16:33 • 22 Aprel 2019
Bu il imtahan verəcək ən gənc və ən yaşlı abituriyent

Ali və orta ixtisas təhsili müəssisələrinə ərizə qəbulunda iştirak edən ən yaşlı abituriyentin 59, ən gəncin isə 14 yaşı var.

Bu barədə Dövlət İmtahan Mərkəzindən bildiriblər.

Məlumatda qeyd olunur ki, ərizəsini təsdiqləyən ən yaşlı abituriyent 17.03.1960-cı, ən gənci isə 27.11.2004-cü ildəndir.

Xatırladaq ki, ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu ilə əlaqədar ərizələrin qəbulu aprelin 16-sı başa çatıb və ümumilikdə 80 mindən çox abituriyent ərizəsini təsdiqləyib.

Xəbər lenti