Xəzər Xəbər

Baş nazirdən Monitorinq Mərkəzi ilə bağlı qərar

Gündəm | 11:03 • 20 Aprel 2019
Baş nazirdən Monitorinq Mərkəzi ilə bağlı qərar

Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi publik hüquqi şəxsin strukturu, işçilərinin say həddi və əməkhaqqı fondu müəyyən edilib.

Bu barədə baş nazir Novruz Məmmədov qərar verib.

Qərara əsasən, Azərbaycan Respublikasının Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi publik hüquqi şəxsin strukturu təsdiqlənib. Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi publik hüquqi şəxsin işçilərinin say həddi 17 ştat vahidi təsdiq olunub.

Azərbaycan Respublikasının Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi publik hüquqi şəxsin aylıq əməkhaqqı fondu 10080 (on min səksən) manat məbləğində müəyyən edilib.

Xəbər lenti