Xəzər Xəbər

Aprelin 24-dən dənizkənarı bulvar ərazisinə giriş bağlanacaq

Gündəm | 13:43 • 19 Aprel 2019
Aprelin 24-dən dənizkənarı bulvar ərazisinə giriş bağlanacaq

26-28 aprel tarixlərində Bakıda keçiriləcək Formula 1 Azərbaycan Qran Prisi ilə əlaqədar aprelin 24-dən etibarən dənizkənarı bulvar ərazisinə giriş bağlanacaq.


XəzərXəbər bildirir ki, bunu Trend-ə Bakı Şəhər Halqasının Marketinq və kommunikasiya şöbəsinin müdiri Nigar Arpadarai bu gün keçirilən tədbirdə deyib.


N.Arpadarai bildirib ki, aprelin 25-dən etibarən Formula 1-ə bileti olan şəxslər bulvar ərazisinə daxil ola biləcəklər.


Onun sözlərinə görə, aprelin 25-dən etibarən yarışla bağlı bulvarda əyləncə proqramları başlayacaq: "Bulvar ərazisinə giriş aprelin 29-dan açılacaq".

Xəbər lenti