Xəzər Xəbər

Penitensiar Xidmətdən həbsxanadakı dava ilə bağlı AÇIQLAMA

Gündəm | 11:03 • 5 Aprel 2019
Penitensiar Xidmətdən həbsxanadakı dava ilə bağlı

Ədliyyə Nazirliyinin Penitensiar Xidməti 2 saylı cəzaçəkmə müəssisəsində baş vermiş hadisə ilə bağlı yayılan məlumatlara münasibət bildirib.

Penitensiar Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Mehman Sadıqov Trend-ə açıqlamasında bildirib ki, hadisə mart ayının əvvəlində baş verib: "2 saylı cəzaçəkmə müəssisəsində 6 nəfər yox, 3 nəfər məhkum arasında münaqişə baş verib. Həmin şəxslər müəssisə rəhbərinin qərarı ilə cərimə təcridxanasına keçirilib. Hadisə nəticəsində xəsarət alanların olması və xəstəxanaya yerləşdirilməsi barədə yayılan məlumatlar yalandır".

***

Bakıda cəzaçəkmə müəssisəsində dustaqlar arasında kütləvi dava düşüb.

Hadisə Xəzər rayonunda yerləşən 2 saylı Cəzaçəkmə Müəssisəsində qeydə alınıb.

Dava zamanı dustaqlar Sərvan Ramazanov, Elməddin Nəcəfov, Samir Məmmədov, Vüqar Şirinov, Ayəddin Şahbazov və Vüsal Allahverdiyev xəsarət alıblar.

Faktla bağlı araşdırma aparılır. (Report)

Xəbər lenti