Xəzər Xəbər

Sabahdan “Diqlas”da kompensasiya ödənilməsinə başlanacaq

Gündəm | 15:46 • 4 Aprel 2019
Sabahdan “Diqlas”da kompensasiya ödənilməsinə başlanacaq

Şahin Mustafayev qeyd edib ki, Prezident tərəfindən ilkin olaraq maddi yardım üçün 3 milyon manat ayrılıb

"Diqlas” ticarət mərkəzində baş verən yanğından zərər çəkən sahibkarlara kompensasiya çərçivəsində ilkin ödənişlərə sabahdan başlanacaq.

Bunu jurnalistlərə açıqlamasında Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayev deyib.

Nazirin sözlərinə görə, bununla bağlı hazırlanmış qaydalara əsasən, ziyan çəkən sahibkarlar müvafiq ərizə formalarını dolduraraq müraciət edəcəklər.

"Sahibkarlar ərizə ilə müraciət edib, "Kapital Bank” və ya "Azər-Türk Bank” kartları vasitəsilə bu xidmətdən yararlana biləcəklər. Banklar kartları və xidmətlərini pulsuz təqdim edəcəklər və heç bir komissiya tutulmayacaq", - deyə nazir bildirib.

Məbləğə gəldikdə isə nazir qeyd edib ki, Prezident tərəfindən ilkin olaraq maddi yardım üçün 3 mln. manat ayrılıb: "Maddi yardım ilkin olaraq mağaza sahibkarlarına 10 min manat həcmində, piştaxta sahiblərinə 2 min manat həcmində ödəniləcək. Ziyanın məbləği dəqiqləşəndən sonra tam ziyanın həcmi sahibkarlara ödəniləcək".

Xəbər lenti