Xəzər Xəbər

Ramil Usubov polis rəislərinin yerini dəyişdi

Gündəm | 15:43 • 4 Aprel 2019
Ramil Usubov polis rəislərinin yerini dəyişdi

Daxili İşlər naziri Ramil Usubov iki polis rəisinin yerini dəyişib.

General-polkovnik Ramil Usubovun əmri ilə, Suraxanı Rayon Dövlət Yol Polisi şöbəsinin rəisi polis polkovnik-leytenantı Sadıq Abbasov Xəzər Rayon Dövlət Yol Polisi şöbəsinin rəisi təyin edilib. Nazirin digər əmri ilə, Xəzər Rayon Dövlət Yol Polisi şöbəsinin rəisi, polis polkovnik-leytenantı Rafiq Məmmədov Suraxanı Rayon Dövlət Yol Polisi şöbəsinin rəisi vəzifəsinə təyinat alıb.

Xəbəri Suraxanı rayon Dövlət Yol Polisi Şöbəsindən təsdiqləyiblər.(unikal.org)

Xəbər lenti