Xəzər Xəbər

Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin növbəti görüşü razılaşdırılıb

Gündəm | 14:14 • 4 Aprel 2019
Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin növbəti görüşü razılaşdırılıb

Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşünün vaxtı razılaşdırılıb.

Trend-in məlumatına görə, bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Brüsseldə Azərbaycan-Aİ Əməkdaşlıq Şurasının iclasının yekununda keçirilən mətbuat konfransı zamanı deyib.

Nazir bildirib ki, yaxın zamanlarda ikitərəfli görüş baş tutacaq:

"Biz artıq tarix barəsində razılıq əldə etmişik. Bu tarix ənənəvi olaraq Bakıda və Yerevanda açıqlanacaq”.

Xəbər lenti