Xəzər Xəbər

Xarici dövlətlərin hərbi attaşeləri Hərbi Akademiyada olublar

Gündəm | 19:45 • 3 Aprel 2019
Xarici dövlətlərin hərbi attaşeləri Hərbi Akademiyada olublar

Azərbaycan Respublikasının müdafiə naziri, general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi illik fəaliyyət planına əsasən, ölkəmizdə akkreditə olunan xarici dövlətlərin hərbi attaşeləri üçün aprelin 3-də Silahlı Qüvvələrin Hərbi Akademiyasına tanışlıq səfəri təşkil olunub.


Müdafiə Nazirliyinin mətbuat xidmətindən xezerxeber.az-a bildiriblər ki, 12 dövləti təmsil edən 14 hərbi attaşelik aparatının nümayəndələri akademiyanın tədris fəaliyyəti ilə tanış olub, onlara təhsil müəssisəsi haqqında brifinq təqdim edilib.


Sonra qonaqlar Azərbaycan Hərb Tarixi Muzeyini ziyarət edərək orada nümayiş etdirilən ekspozisiyalarla tanış olublar.


Hərbi attaşelər tədbirin təşkilinə görə Müdafiə Nazirliyinin rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.

Xəbər lenti