Xəzər Xəbər

Parlamentin iclasının gündəliyi dəyişdi

Gündəm | 12:42 • 3 Aprel 2019
Parlamentin iclasının gündəliyi dəyişdi
Milli Məclisin aprelin 9-da keçiriləcək plenar iclasının gündəliyinə dəyişiklik edilib.


XəzərXəbər xəbər verir ki, "Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında”, "Dövlət rüsumu haqqında” və "Azərbaycan Respublikasında dövlət dili haqqında” qanunlarına dəyişiklik layihələri gündəlikdən çıxarılıb.

İclasın gündəliyinə "Banklar haqqında” qanuna dəyişiklik layihəsi daxil edilib.

Qeyd edək ki, parlamentin növbəti plenar iclasında ümumilikdə 19 məsələ müzakirə olunacaq.

Xəbər lenti