Xəzər Xəbər

Nazirdən gənclərlə bağlı vacib qərar – Bu şəxslərlə müqavilə imzalanacaq

Gündəm | 09:50 • 3 Aprel 2019
Nazirdən gənclərlə bağlı vacib qərar

Səhiyyə naziri Oqtay Şirəliyev "Gənclərin səhiyyə sahəsində könüllü fəaliyyətə cəlb edilməsi barədə” əmr imzalayıb.

Əmrə əsasən, nazirlikdə könüllü fəaliyyəti təşkil olunacaq.

Əmrdə bildirilib ki, könüllü fəaliyyətə cəlb olunan gənclərlə sistemli işin təşkili məqsədilə könüllülərlə iş üzrə koordinatorlar təyin ediləcək. Səhiyyə Nazirliyinin Aparatında, Bakı Şəhər Baş Səhiyyə İdarəsində və Azərbaycan Tibb Universitetində könüllü fəaliyyət üçün müəyyən edilən say həddi barədə təkliflər hazırlanacaq.

Eyni zamanda, könüllü fəaliyyətin həyata keçirilməsinə cəlb edilən şəxslərlə müqavilə bağlanılacaq.

Əmrin icrasına nəzarət nazir müavini Rahim Əliyevə həvalə edilib.(Report)

Xəbər lenti