Xəzər Xəbər

Sürücülərə ŞAD XƏBƏR! Bu 2 küçə təmir edildi

Gündəm | 15:23 • 2 Aprel 2019
Sürücülərə ŞAD XƏBƏR!

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən Xətai rayonu ərazisində kompleks tədbirlər həyata keçirilir.

Agentlikdən XəzərXəbər-ə verilən məlumata görə, işlər əsasən uzun müddət əsaslı şəkildə təmir olunmadan istismar olunan, hazırda yol örtüyünün vəziyyəti qənaətbəxş olmayan, torpaq əsaslı, çınqıl örtüklü və ümumi istifadədə olan, sərnişin avtobusların hərəkət etdiyi, sosial obyektlərin yerləşdiyi küçə və yollarda aparılır.

Cari ilin əvvəlindən rayon üzrə start verilən təmir-tikinti işləri çərçivəsində artıq 2 km uzunluğa malik 2 küçənin 40 min kv.m-dən çox sahəsində təmir-tikinti işləri aparılaraq yekunlaşdırılıb.

Bu uzunluğu 0.8 km, köməkçi yolları ilə barabər ümumi eni 44 metr olan Neapol küçəsi və 1.2 km uzunluğunda, 6 metr enində olan "NZS” qəsəbəsinin Levanovski küçəsidir.

Sadalanan küçələr boyu zəruri yerlərdə deformasiyaya uğramış yararsız qrunt qazılıb çıxarılıb, əks dolğu işləri aparılmaqla kipləşdirmə işləri görülüb, küçələr profilə salınıb, zəruri yerlərdə optimal qum-çınqıl qarışığından yol əsası işlənilib və bunun ardınca asfaltlanma işləri aparılıb, yeraltı kommunikasiya xətlərinin baxış qapaqları layihə hündürlüyünə qaldırılıb, yağış barmaqlıqları yenilənib, mövcud piyada səkiləri bərpa olunub, yolayrıcı inşa olunub.

Hazırda isə təmir-tikinti işləri Xətai rayonu üzrə ümumi uzunluğu 5.2 km olan 3 küçədə təmir-tikinti işləri davam etdirilir. Təmir olunan ərazinin sahəsə 80 min kv.m-ə yaxındır.

Bu 3.2 km uzunluğa, 19 metr enə malik Mehmandarov küçəsi, həmçinin "NZS” qəsəbəsinin 900 metr uzunluğunda olan Aşıq Qurban və 1.1 km uzunluğunda olan Mingəçevir küçələridir.

Sözügedən küçələr ümumi istifadədə olan, hazırda yol örtüyünün vəziyyəti qənaətbəxş olmayan, həmçinin torpaq əsaslı və çınqıl örtüklü küçələrdir ki, xüsusən payız-qış mövsümündə küçələrlə vətəndaşların hərəkətində problemlər yaşanırdı. İşlərin aparılması ilə bu problemlər aradan qalxır.

Belə ki, sadalanan küçələr boyu zəruri yerlərdə deformasiyaya uğramış yararsız qrunt qazılıb çıxarılır, əks dolğu işləri aparılmaqla kipləşdirmə işləri görülür, küçələr profilə salınır, zəruri yerlərdə optimal qum-çınqıl qarışığından yol əsası işlənilir və bunun ardınca asfaltlanma işləri aparılır.

İşlərin yekunlaşması ardıcıllığına uyğun olaraq Xətai rayonu üzrə digər küçə və yollarda işlərin davam etdirilməsi nəzərdə tutulur. Belə ki, yaxın müddət ərzində 8 km-ə yaxın uzunluğa malik 6 küçənin təqribən 90 min kv.m sahəsində təmir-tikinti işlərinə start veriləcək.

Bu, "NZS” qəsəbəsində 2 km uzunluğa malik Süleyman Əhmədov və Oqtay Vəliyev küçələri, Əhmədli qəsəbəsində 3 km uzunluğa malik Şahin Səmədov, "7-ci qəsəbə küçəsi” və Aşıq Ələsgər küçələri, həmçinin 2.8 km uzunluğunda olan Naximov küçəsidir.

Təmiri aparılan və nəzərdə tutulan küçələr Xətai rayonunda vətəndaşların əsas istifadə etdiyi yollar olduğu üçün təmir-bərpa işlərinin aparılması gediş-gəlişin rahatlaşmasına, sərnişindaşımanın daha da asanlaşmasına gətirib çıxarır.

Xəbər lenti