Xəzər Xəbər

DİN-dən paytaxtda baş verən dəhşətli qəza ilə bağlı Açıqlama

Gündəm | 13:21 • 2 Aprel 2019
DİN-dən paytaxtda baş verən dəhşətli qəza ilə bağlı

Daxili İşlər Nazirliyi Bakıda iki nəfərin ölümü, iki nəfərin isə yaralanması ilə nəticələnən yol qəzası ilə bağlı məlumat yayıb.

XəzərXəbər xəbər verir ki, aprelin 1-də Nəsimi rayonunun R.Behbudov küçəsində Bakı şəhər sakini Ramiz Əmiraslanov idarə etdiyi "MG” markalı avtomobillə yolu keçən paytaxt sakinləri Valəddin Niyazovu, onun oğlu Seymuru, Naxçıvan şəhər sakini Təminə Rüstəmovanı və Gəncə şəhər sakini Xanım Quliyevanı vurub və idarəetməni itirdiyindən avtomobil yolun kənarında dayanacaqda dayanmış "Baku-Bus” MMC-yə məxsus "İveco” markalı 5 saylı avtobusa çırpılıb.

R.Əmiraslanov və T.Rüstəmova hadisə yerində ölüb, xəstəxanaya yerləşdirilmiş S.Niyazovun vəziyyəti ağır, digərlərinin vəziyyətləri qənaətbəxşdir.

Avtobusun arxa hissəsinə qismən ziyan dəyib, xəsarət alan olmayıb.

Nəsimi rayon Polis idarəsi tərəfindən araşdırma aparılır.

Xəbər lenti