Xəzər Xəbər

Qəbiristanlıqlarla bağlı tələblər pozularsa...

Gündəm | 11:15 • 2 Aprel 2019
Qəbiristanlıqlarla bağlı tələblər pozularsa...

Azərbaycanda qəbiristanlıqların qorunması tələblərinin pozulmasına görə qərarların prokuror tərəfindən verilməsi təklif edilir.

XəzərXəbər Trend-ə istinadən xəbər verir ki, bununla bağlı İnzibati Xətalar Məcəlləsinə dəyişiklik edilir.

Bu dəyişikliyə əsasən, qəbiristanlıqların qorunması, dəfnə icazə verilməyən ərazilərdə dəfnlərin həyata keçirilməsi ilə bağlı inzibati xətalar haqqında işlər üzrə icraatın başlanması haqqında qərar prokuror tərəfindən qəbul ediləcək. Digər normaların pozulması barədə inzibati xətalar haqqında işlərə isə Azərbaycan Prezidenti tərəfindən müəyyən edilən müvafiq icra hakimiyyəti orqanları tərəfindən baxılacaq.

Xəbər lenti