Xəzər Xəbər

Kəlbəcər 26 ildir işğal altındadır

Gündəm | 09:16 • 2 Aprel 2019
Kəlbəcər 26 ildir işğal altındadır
Azərbaycanın Kəlbəcər rayonunun Ermənistan tərəfindən işğalından 26 il ötür.


XəzərXəbər-in məlumatına görə,Kəlbəcərrayonu 1993-cü il aprelin 2-də Ermənistan tərəfindən işğal olunub. Ərazisi 1936 kvadratkilometr, əhalisinin sayı isə təqribən 70 min olanKəlbəcərrayonunun işğalı nəticəsində 511 nəfər həlak olub, 321 nəfər itkin düşüb və girov götürülüb, rayona 761 milyonABŞdolları məbləğində ziyan dəyib.

KəlbəcərAzərbaycanın işğal olunmuş rayonları arasında ərazicə ən böyüyüdür. İşğal nəticəsində rayon mərkəzi, 150-yə yaxın kənd, həmçinin onlarla tarixi-mədəniyyət abidəsi, bir muzey, "İstisu" sanatoriyası və s. Ermənistan silahlı qüvvələri tərəfindən xarabazara çevrilib.

Kəlbəcərrayonunun işğalı o vaxt üçün Qarabağ müharibəsində Azərbaycanın ən böyük hərbi-strateji məğlubiyyəti idi. Bununla Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi faktiki olaraq başa çatdı.

Kəlbəcərin işğalından sonra 3205 saylı iclasdaBMTTəhlükəsizlik Şurası 822 saylı Qətnamə qəbul edib. Qətnamədə bütün işğalçı qüvvələrinKəlbəcərvə Azərbaycanın digər işğal olunmuş rayonlarından dərhal çıxarılması tələb olunur. Lakin indiyədək həmin qətnamədən irəli gələn hər hansı öhdəlik yerinə yetirilməyib. SonradanBMTTəhlükəsizlik Şurası tərəfindənAğdamrayonunun azad edilməsi ilə bağlı 854,Füzulirayonunun azad edilməsi ilə bağlı 874 və digər işğal edilmiş rayonların azad edilməsi ilə bağlı 884 saylı qətnamələr qəbul edildi, lakin həmin qətnamələr də kağız parçası olaraq qalır.

Xəbər lenti