Xəzər Xəbər

Fazil Mustafa nazirə və baş prokurora müraciət etdi

Gündəm | 15:03 • 31 Mart 2019
Fazil Mustafa nazirə və baş prokurora müraciət etdi

Millət vəkili Fazil Mustafa "Kazbekə şey basım fırranım” mahnısı ilə bağlı Baş Prokuror Zakir Qaralova və Daxili İşlər Naziri Ramil Usubova müraciət edib.

XəzərXəbər xəbər verir ki, bu barədə millət vəkili feysbukda məlumat verib.

Deputat mahnıya video çəkənlərin, narkomaniyanı təbliğ edən meyxananı səsləndirənlərin və mahnıya rəqs edənlərin məsuliyyətə cəlb edilməsi ilə bağlı çağırış edib:

"Bu adamların davranışı birbaşa cinayətə çağırışdır, narkomaniyanın açıq təbliğidir və buna gülən, bunu bəyənən nadan sürüsünə rağmən cəmiyyətin az-çox düşünən insanları bu cür iyrənc təbliğatdan hansı fəsadların törənə biləcəyinin fərqindədirlər. Kim bu videonu bəyənmişsə, Allah mütləq onların ocağını nəşələndirəcək, Kazbek dolduranlarla fərəhləndirəcək.. Narkomaniyanı təbliğ edən bu fahişələrin başını keçəl vurdurub küçə süpürtdürmək ən faydalı islah işi olardı…Burada uşaqları belə bir klipə cəlb edənləri də ifşa etmək unudulmamalıdır”.

Xəbər lenti