Xəzər Xəbər

Xırdalan sakinlərinə ŞAD XƏBƏR

Gündəm | 14:25 • 31 Mart 2019
Xırdalan sakinlərinə

Abşeron rayonunun inzibati mərkəzi Xırdalan şəhərində yeni park salınıb. Sakinlərin sevimli istirahət məkanına çevrilən park şəhərin mərkəzində 1 nömrəli tam orta məktəb ilə üz-üzə 0,13 hektar ərazidə yaradılıb.

Rayonun daxili imkanları hesabına salınan parkda tikinti işlərinə bu ilin yanvarında başlanılıb. Əvvəllər baxımsız vəziyyətdə olan ərazidə salınan parkda işlər artıq başa çatdırılıb.

Parkda dekorativ ağac və kollar əkilib, yaşıllıqlar salınıb, səkilərə tamet döşənib, söhbətgahlar yaradılıb. Burada, həmçinin xüsusi işıqlandırma sistemi və oturacaqlar quraşdırılıb.(Azərtac)

Xəbər lenti