Xəzər Xəbər

Gəncə-Bakı reysinə dəyişiklik edildi: əlavə qatar ayrıldı

Gündəm | 11:52 • 23 Mart 2019
Gəncə-Bakı reysinə dəyişiklik edildi:

"Azərbaycan Dəmir Yolları" QSC Novruz bayramından sonra Gəncə-Bakı istiqamətində sərnişinlərin daşınmasına artan tələbatı təmin etmək məqsədilə həmin reysə dəyişiklik edib.

QSC-nin İctimaiyyətlə əlaqələr şöbəsindən XəzərXəbər-ə verilən məlumata görə, 25.03.2019-cu il tarixində Gəncədən bir reysə əlavə 703 nömrəli Gəncə-Bakı sürətli sərnişin qatarı təyin edilir.

Qatar Gəncədən saat 18:00-da yola düşəcək və saat 22:15-də Bakıya çatacaq.

Xəbər lenti